“Sərhədsiz Reportyorlar” Bakını Arlem Dezirin mandatının bloklanmasına son qoymağa çağırıb

“Sərhədsiz Reportyorlar” Bakını Arlem Dezirin mandatının bloklanmasına son qoymağa çağırıb

"Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Delor Azərbaycanı Arlem Dezirin ATƏT-in mətbuat məsələləri üzrə nümayəndəsi vəzifəsinə namizədliyinin bloklanmasına son qoymağa çağırıb.
"Biz Arlem Dezirlə tamamilə həmrəyik. Onun ATƏT-in mətbuat məsələləri üzrə nümayəndəsi mandatı ATƏT məkanında mətbuatın müdafiəsi üçün həddindən artıq vacibdir.
Biz Azərbaycan hakimiyyətini Dezirin mandatının uzadılmasını bloklamaq cəhdlərinə dərhal son qoymağa çağırırıq”, - deyə Delor Tvitterhesabında yazıb.
Rəsmi Bakı Dezirin Azərbaycanda KİV və jurnalistlərin azadlığının pozulmasını daim tənqid etməsinin qisasını almaq üçün onun mandatının uzadılmasına blok qoyub.

Mənbə: arqument.az