Razi Nurullayev: "Karantin müddətində kommunal xərclərin 50 faizini dövlət ödəsin"- VİDEO

“190 manatın artırılmasıyla bağlı müzakirə yoxdur. Təklif kimi səsləndirdim ki, 190 manat alan vətəndaşların kommunal xərcləri karantin müddətində dövlət tərəfindən ödənilsin”.

Cebhe. info xəbər verir ki, bunu deputat Razi Nurullayev APA TV-də yayımlanan “APAralel” verilişində deyib.

“Qalan digər vətəndaşlar üçün bu xərclər 50 faizə endirilə bilər. Əgər karantini davam etdirsək, əhalini evə qapatsaq, dövlət onların ehtiyaclarını ödəməlidir. Ancaq bunu da tam olaraq etmək mümkün olmasa, virusla yaşamağı öyrənmək lazımdır”,- deyə deputat bildirib.

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Avropa ölkəsində maska qıtlığına görə nazirləri həbs etmək istəyirlər - Video

SONRAKI XƏBƏR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirildi