Siyasi münasibətlər sistemində YENİ MƏRHƏLƏ: “Xalq və dövlət naminə birgə işləmək olar”

Siyasi münasibətlər sistemində YENİ MƏRHƏLƏ: “Xalq və dövlət naminə birgə işləmək olar”

“Ölkədə siyasi münasibətlər sistemində yeni mərhələ başlayır. İqtidarın müxalifətlə danışıqları, siyasi partiyaların qeydiyyata alınması vətəndaş cəmiyyətinin inkişafına və dövlətin təməl prinsplərinin möhkəmlənməsinə gətirib çıxarır”.

Cebhe. info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Məhəmməd Əsədullazadə deyib.

M.Əsədullazadə qeyd edib ki, AXCP sədri, millət vəkili Razi Nurullayev 2015-ci ildən başlayarq daima müxalifətlə iqtidarın dialoqunu təklif edib, ölkədə sivil müxalifətin formalaşmasını önə çəkib:

“Çünki bu istiqamətdə siyasət ölkədə vətəndaş dövlət birliyini möhkəmləndirəcək və siyasi partiyaların inkişafı ilə paralel cəmiyyətin siyasi maariflənməsinə gətirəcək. Məhz partiya olaraq əsas hədəf dövlətin möhkəmlənməsi, xalqın siyasi proseslərdə aktiv olmasıdır. Millət vəkili Razi Nurullayev məhz parlamentdə taleyüklü məsələləri qaldırmaqla müxalifət olaraq göstərir ki, bu gün sivil müxalifət iqtidarla birlikdə xalq və dövlət naminə işləməyə hazırdır. Milli məsələdə daima dövlətin yanındadır. Bu gün iqtidarın müxalifətlə apardığı danışıqlar, düzdür bu dialoq deyil, amma irəliyə gedən addımdır. Bu siyasi proses AXCP -nin 2015-ci ildən irəli sürdüyü siyasi plandır. Göründüyü kimi AXCP sədrinin irəli sürdüyü konsepsiyalar öz həllini tapmaqdadır. Bu gün partiyanın siyasi xətti sabitdir və millət vəkili Razi Nurullayev Milli Məclisdə bu istiqamətdə müxalifəti təmsil edərək, siyasi proseslərin sağlamlaşdırılması istiqamətində çalışır”.
Cebhe. info

Mənbə: cebhe.info