Ruhanidən İranla düşmən ölkələrə ismarış - “İqtisadiyyatını məhv etmək onlara nəsib olmayacaq”

Ruhanidən İranla düşmən ölkələrə ismarış - “İqtisadiyyatını məhv etmək onlara nəsib olmayacaq”

“İranın düşmənlərinə ölkə iqtisadiyyatını məhv etmək nəsib olmayacaq”.

Prezident Həsən Ruhani hökumət yanında iqtisadi qərargahın toplantısında bildirib ki, xarici valyuta kursunun artması İranın düşmənlərinin psixoloji müharibəsinin nəticəsidir. Lakin Ruhani əmin olduğunu bildirib ki, İran Amerika Birləşmiş Ştatlarının iqtisadi müharibəsi və Covid-19 pandemiyasının yaratdığı böhranlı vəziyyətin öhdəsindən gələcək: “Sərhədlər koronavirusun baş qaldırması üzündən bağlandı. Lakin İran vətəndaşları əminfir ki, ticarətin bərpasıyla daxili və xarici bazarlar yaxın aylarda normal fəaliyyətinə dönəcək” – deyə, İran Prezidenti qeyd edib.

Mənbə: www.atv.az