İsrailin müdafiə naziri iddiaları yalanladı - “İranla bağlı hər insidenti İsraillə bağlamaq düzgün deyil”

İsrailin müdafiə naziri iddiaları yalanladı - “İranla bağlı hər insidenti İsraillə bağlamaq düzgün deyil”

İsrail İranın Natanz nüvə obyektində baş vermiş partlayışla əlaqəsinin olmasıyla bağlı iddiaları təkzib edib.

Müdafiə naziri Benni Hants bəyan edib ki, İranla bağlı hər insidenti İsraillə bağlamaq düzgün deyil. Lakin nazir bildirib ki, İran nüvə silahıyla İsrail, region və bütün dünyaya təhlükə törədəcək. “İsrail İranda nüvə silahının istehsalına yol verməmək üçün əlindən gələni edəcək” – deyə, Benni Hants qeyd edib.

atv.az

Mənbə: www.atv.az