“Ermənistan Azərbaycana qarşı ərazi təcavüzü ilə yanaşı, həm də ekoloji təcavüz həyata keçirir”

“Ermənistan Azərbaycana qarşı ərazi təcavüzü ilə yanaşı, həm də ekoloji təcavüz həyata keçirir”

Müşfiq Cəfərov: “Təəssüflər olsun ki, dünya birliyi beynəlxalq səviyyədə bununla bağlı heç bir tədbir görməyib”

Bugünlərdə Ermənistanın Araz çayını müxtəlif istehsalat və məişət tullantıları iləçirkləndirdiyini əks etdirən yeni fotolar və informasiyalar yayılıb.

Ermənistanın həyatakeçirdiyi ekoloji terror siyasəti ilə bağlı beynəlxalq təşkilatların davamlı şəkildəməlumatlandırılması, buna görə rəsmi İrəvana qarşı sanksiyaların tətbiqinə nailolunması nə dərəcədə vacibdir?

Moderator.az-a açıqlamaverən Milli Məclisin deputatı Müşfiq Cəfərov uzun illərdir ki, Ermənistanın ekolojiterror siyasətini davam etdirdiyini vurğuladı:

“Ermənistandövləti Azərbaycana qarşı nəinki ərazi təcavüzü, hətta ekoloji təcavüz də həyatakeçirir. Ermənistan Respublikası hələ də dövlət gəlirlərini təbii resurslarınistismarı və satışı üzərində qurulan iqtisadi modelə əsasən qarşılamaq siyasətiniyerinə yetirir. Bu prosesdə mühüm rol oynayan dağ-mədən sənayesi yalnız ölkə daxilindədeyil, həm də qonşu dövlətlərin ekologiya sisteminin zərər görməsinə şəraityaradır. Dağ-mədən sənayesinin mühüm əhəmiyyət kəsb edənyataqlarının coğrafi yerləşməsinə nəzər yetirsək görərik ki, Ermənistanın çirkləndirdiyisu mənbələrinin qonşu ölkələrin ərazisində olması, o ölkələrin ətraf mühitinəböyük təhlükə yaratmaqdadır. Mədən sənayesinin ətraf mühitə yaratdığı təhlükələrləbağlı yerli və beynəlxalq təşkilatlar tərəfindən narahatlıqlar dilə gətirilsə də,Ermənistan hökuməti problemin həllinə dair real addımlar atmayıb.

Sözsüzki, bu prosesdə ən böyük zərər çəkən ölkə məhz Azərbaycandır. Aparılantədqiqatlar onu deməyə əsas verir ki, Ermənistanın mədən sənayesi bölgələrindənkeçərək ölkəmizə daxili olan çay sistemlərində suyun keyfiyyəti, məişətdəistifadəsi və irriqasiya tətbiqi üçün uyğun deyil. Kür və Araz çayı kimi sərhədyanıçayların birbaşa və ya dolayı yolla çirkləndirilməsi, həm də bütün Xəzər hövzəsininekologiyasına ciddi təhdid yaradır. Bu isə, problemin artıq qlobal miqyasakeçdiyini göstərir. Milli Məclisin üzvü bildirir ki, 2011-ci ildə Gürcüstan vəErmənistanın 30-a yaxın qeyri-hökumət təşkilatları öz hökumətlərindən əhalininvə ətraf mühitin Teğut mədəninin mənfi təsirlərindən qorunması üçün müvafiq tədbirlərgörməsini tələb edirdi. Ekspertlərin fikrincə, Teğut mədənindən toksik maddələrintranssərhəd çayı olan Debed çayına axıdılması, Ermənistan və Gürcüstan ərazilərindəbərpaolunmaz ağır nəticələrə səbəb ola bilər. Ermənistan Respublikasının transsərhədçayları çirkləndirməsi, Azərbaycanla yanaşı, İran İslam Respublikasınınaidiyyatı orqanları tərəfindən də dilə gətirilir. 2019-cu ilin noyabr ayında Təbrizşəhərində keçirilən Ermənistan-İran Birgə İşçi Qrupunun iclasında, Araz çayınınçirkləndirilməsinin qarşısının alınması məsələləri müzakirə edilib. İranın Şərqi-Azərbaycanvilayətinin Ətraf-Mühit İdarəsinin rəhbəri Həmid Qaseminin fikrincə, Ermənistantərəfindən mədən tullantılarının Araz çayına axıdılması, beynəlxalqkonvensiyalara zidd addımdır və bu məsələ İran Xarici İşlər Nazirliyi tərəfindənnarazılıqla qarşılanmalıdırİranlıekspert Əhməd Baybordinin sözlərinə görə, bir neçə il öncə Təbriz Universitetivə İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat mərkəzininbirgə apardığı monitorinqlər nəticəsində Araz çayının ağır metallarla çirklənməsiaşkar edilsə də, məlumat geniş ictimaiyyətdən gizlədilmişdir”.

MüşfiqCəfərovun sözlərinə görə, Ermənistanın bu siyasətindən nəinki qonşuları, həttadünya birlikləri, beynəlxalq qurumlar da narahatlıq ifadə ediblər:

“Beləki, 2019-cu ildə BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisiHilal Elver, müşahidə missiyasının bəyanatında Ermənistan ərazisindən keçərəkAzərbaycana axan çayların ekoloji çirklənməyə məruz qaldığını bildirmişdi. Başverən ekoloji çirklənmə vətəndaşların həyatına təhlükə yaratmaqla yanaşı həm dəkənd təsərrüfatına yararlı sahələri sıradan çıxardığını qeyd etmişdir. Bildirimki, Ermənistanın region ölkələrinin su ehtiyatlarını çirkləndirməsi həmçininBMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi vəistifadəsi üzrə” Konvensiyasının prinsiplərini kobud şəkildə pozmaqdadır. AzərbaycanRespublikası 2000-ci ildən adı çəkilən razılaşmaya qoşulsa da, Ermənistan dövlətibu günədək Konvensiyanı ratifikasiya etməkdən boyun qaçırır. Eyni zamanda,əhalinin sağlamlığının qorunması, su ehtiyatlarının dahayaxşı idarə edilməsi və çirklənmənin azaldılması məqsədi ilə Konvensiyanın “Suvə Sağlamlıq” haqqında Protokolu Ermənistan tərəfindən 1999-cu ildən etibarənimzalansa da, qüvvəyə minməyib. Məsələ ilə bağlı 2011-ci ildə ErmənistanınƏtraf Mühit Nazirliyi və Səhiyyə Nazirliyinin Protokola qoşulmaq üçün hökumətəünvanladığı tövsiyyə məktubu Ermənistan Respublikasının Xarici İşlər Nazirliyitərəfindən rədd edilmişdi. Əsas səbəb BMT-nin “Sərhəddən keçən su axınlarının vəbeynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyasında “çirkləndirənödəyir” prinsipinin Ermənistan dövləti tərəfindən qəbul edilməməsidir”.

SondaCəfərov deyib ki, bütün bunlar işğalçı qonşumuzun məfkur siyasətindən xəbərverir. Hər sahədə olduğu kimi ekologiyamıza da ciddi ziyan vuran düşmən dövlətləbağlı dünya birlikləri tərəfindən beynəlxalq səviyyədə heç bir tədbir görülməyib.

Mənbə: moderator.az