Britaniya hökumətindən sanksiya

Britaniya hökumətindən sanksiya

Böyük Britaniya hökuməti insan haqlarını pozan bir sıra fərdi şəxslərə və təşkilatlara qarşı sanksiyalar qəbul edib.

Bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab açıqlama verib.

O, sanksiya siyahısına Səudiyyə Ərəbistanın kəşfiyyat xidmətindən olan şəxslərin daxil olduğunu bildirib.

Sözügedən şəxslər jurnalist Camal Qaşıqçının qətlində ittiham olunurlar.

Bundan başqa, Rusiya, Myanma və Şimali Koreya rəhbərliyindən də yüksək rütbəli şəxslər Britaniya hökumətinin sanksiyalarına məruz qalıblar.

Myanma silahlı qüvvələrinin ali baş komandanı Min Aun Hlayn mütəmadi olaraq rohinca müsəlmanlarına qarşı zorakılıqların təşkilində ittiham edilib.

REAL

 

Mənbə: www.realtv.az