Türkiyədə sosial şəbəkələrin tənzimlənməsi gündəmdədir - Bəs Azərbaycanda nə düşünürlər?..

Türkiyədə sosial şəbəkələrin tənzimlənməsi gündəmdədir - Bəs Azərbaycanda nə düşünürlər?..

Hazırda prezident Ərdoğanın gündəliyində sosial medianın tənzimlənməsi ilə bağlı 2 fərqli model öz aktuallığını qoruyur...

Prezident Ərdoğanın: “Yalan, böhtan, şəxsi haqlara hücum və nüfuzlu insanlara qarşı sui-qəsdlərin artdığı bu platformalara mütləq nəzarət etmək lazımdır”, açıqlamasından sonra sosial medianın tənzimlənməsi ilə bağlı 2 əsas formul gündəmə gəlib: Fransa və ABŞ modeli.

Fransız modelində Daxili İşlər Nazirliyi hər cür tədbir görmək səlahiyyətinə sahibdir, ABŞ modelində isə sosial media platformaları saxta platformalarsan edilən paylaşımlara görə şəxslər qanuni məsuliyyət daşıyırlar.

“Milliyet” qəzetindən Kıvanç Elin verdiyi xəbərə görə, Prezident Administrasiyasında, Rabitə Nazirliyində və AKP-də sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müvafiq işlər aparılır.

Rabitə Nazirliyi bu yaxınlarda Fransadakı sosial mediadan istifadə modeli ilə bağlı bir araşdırma aparıb. Verilən məlumata görə, “İnternetdən və sosial mediadan istifadə ilə bağlı Fransadakı hüquqi tənzimləmələrə dair praktiki nümunələr”, başlıqlı araşdırmada Fransada bu ayın əvvəlində qüvvəyə minən qanun müzakirə edilib.

Fransa modelində girişin bloklanması

Tədqiqatda aşağıdakı qiymətləndirmələr aparılıb: “2015-ci ilin noyabr ayında Fransa Daxili İşlər Nazirliyinə “terror aktlarını təbliğ edən veb saytların internetə girişinin məhdudlaşdırılması üçün hər cür tədbirlər görərək sosial şəbəkələrə və vebsaytlara girişi qadağan etmək”, səlahiyyəti verilib. Fransa Milli Məclisi “İnternetdə Nifrətə Qarşı Profilaktik Qanun”u 13 may 2020-ci ildə qəbul edib və iyulun 1-dən qüvvəyə minib.

Bu qanuna əsasən, zərərli məzmunu olan paylaşımlar Daxili İşlər Nazirliyi tərəfindən aşkar edildikdən sonra 24 saat ərzində silinəcək, terrorçuluq və uşaqlara qarşı zorakılık məzmunu daşıyan paylaşımlar isə aşkarlandıqdan sonra 1 saat ərzində bloklanacaq. Qanuna tabe olmayan şəxslər üçün 250 min, hüquqi şəxslər üçünsə 1,2 milyon avro cərimə nəzərdə tutulur.

Yeni qanun rəqəmsal platformalarda söyüş, irqçilik, nifrət hisaləri yayma, terrorçuluq və uşaqlara qarşı zorakılık və insanların dininə, dilinə və cinsiyyətinə qarşı olan təhqirləri zərərli məzmun olaraq təyin edir”.

Sosial media platformaları paylaşımlara görə məsuliyyət daşıyır

Rabitə Nazirliyi ABŞ modelini də araşdırarkən aşağıdakı ifadələrə və nümunələrə yer verib:

“ABŞ 1996-cı ildə internetdəki paylaşımların tənzimlənməsi ilə bağlı olaraq “Rabitə Uyğunluğu Qanunu”nu qəbul etmişdi. Məqsəd 18 yaşına çatmayanları onlara uyğun olmayan, intim məzmunlu paylaşımlardan qorumaq idi. ABŞ administrasiyasının “Onlayn senzura haqqında” düzənləmələri isə 28 may 2020-ci ildə qqvvəyə minib. Düzəlişlərə görə, sosial media platformaları saxta səhifələrdən edilən paylaşımlara görə qanuni olaraq məsuliyyətə cəlb edilməlidir”.

Ərdoğan sosial şəbəkələrin nəzarətə götürülməsini nədən vacib hesab edir?

Gənclərlə onlayn şəkildə görüşərkən sosial mediaya dair qanuni tənzimləmələrin ediləcəyinə işarə edən prezident Ərdoğan bir neçə gün sonra həmin açıqlamasını daha konkret şəkildə ifadə edib və bu da sosial şəbəkələrdə narazılıqla qarşılanıb:

“YouTube, Twitter, Netflix və digər sosial şəbəkələrə qarşı olmağımızın səbəbini başa düşürsünüzmü? Məhz bu əxlaqsızlıqları ortadan qaldıra bilmək üçün mən bu şəbəkələrə qarşıyam. Əziz vətəndaşlarım, bunlar əxlaq sahibi deyillər...

Bu millətə layiq olmayan hadisələri yaşamaq və görmək istəmirik. Burada diqqət etməli olduğumuz əsas məsələ medianın və xüsusən də, sosial şəbəkə platformalarının necə bu cür çürük vasitələrə çevrilməsi məsələsidir. Yalan, böhtan, şəxsi hüquqlara hücum və nüfuzlu şəxslərə qarşı sui-qəsdlərin davamlı olaraq artdığı bu platformaların nizamlanması olduqca vacibdir”.

Millət vəkili: “Azərbaycanda da sosial şəbəkələrdə düzənlənməyə ehtiyac var”.

Qeyd edək ki, Azərbaycanda sosial şəbəkə ilə bağlı uzun illərdir ki, müxtəlif səpkili müzakirələr gedir. Xüsusən YouTube, Facebook kimi sosial şəbəkələrdəki paylaşımlar həmişə qalmaqallara və etirazlara səbəb olur. Hakimiyyət cəhbəsindən gələn açıqlamalarda bir qayda olaraq sosial şəbəkələrə bir qayda gətirilməsini vacib hesab edirlər. Bəs bu qaydalar necə gətirilə bilər? Xüsusən xaricdən edilən paylaşımları necə nızarətdə saxlamaq olar? Axı ABŞ və Fransadan fərqli olaraq Azərbaycanın sosial şəbəkə platformalarına təsir və təzyiq etmə imkanları yoxdur.

Məsələ ilə bağlı PİA.az-a açıqlama verən deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, “Azərbaycanda sosial şəbəkələri nizamlamaq üçün beynəlxalq standartlara uyğun hüquqi bazanın yaradılmasını yaxın zamanda mümkün olmayacaq”.

Fazil Mustafa bildirib ki, “Youtube və başqa sosial şəbəkələrdə həddindən artıq radikal, hətta terrorist yanaşmaların, eyni zamanda aqressiviyanın, şantaj və böhtanın artması onu göstərir ki, sosial şəbəkələrə daha çox intellektual səviyyələri aşağı olan, siyasi-ictimai müzakirələrə hazır olmayan insanlar meyl edirlər.

Mən Azərbaycanda sosial şəbəkələri nizamlamaq üçün beynəlxalq standartlara uyğun hüquqi bazanın yaradılmasını yaxın zamanda mümkün hesab etmirəm. Payızda Milli Məclisin sessiyası keçiriləcək. Bu sessiyada sosial şəbəkələrlə bağlı məsələyə baxıla bilər”.

Amma məsələyə çoxlu sayda müxtəlif baxışların olduğunu xatırladan milıət vəkili qeyd edib ki, hansı qərarın veriləcəyini indidən təxmin etmək mümküm deyil.

Nərminə UMUDLU

Fatimə ƏLİYEVA
pia.az

Mənbə: pia.az