Rusiya donanması bu il 40-a yaxın hərbi gəmi alacaq

Rusiya donanması bu il 40-a yaxın hərbi gəmi alacaq

Rusiya Hərbi Dəniz Qüvvələri bu il 40-a yaxın döyüş gəmisi əldə edəcək. Ordu.az xəbər verir ki, bu barədə donanmanın komandiri Nikolay Yevmenov Rusiya Müdafiə Nazirliyinin rəsmi “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, donanmaya “Admiral Qorşkov” tipli yeni nəsil freqatlar tədarük ediləcək. Hal-hazırda bu tip ikinci freqat sınaqdan keçirilir və bu ay xidmətə girməsi planlaşdırılır.

 

Mənbə: ordu.az