"Azərbaycan Prezidentinin bu müraciəti dünya qüvvələrinə bir mesajdır"

"Azərbaycan Prezidentinin bu müraciəti dünya qüvvələrinə bir mesajdır"

"Azərbaycan Prezidentinin milli televiziyalara müsahibəsi bir daha dünyada və ölkədə rəy yaratdı ki, Azərbaycan hətta pandemiya ilə çox çətin mübarizə şəraitində özünün daxili və xarici siyasətinin əsas istiqamətlərini təkmilləşdirməyi bacaran bir ölkədir".

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan pandemiya dövründə öz daxilində qapanıb qalmadı və pandemiya ilə mübarizəyə dünya miqyasında real dəstək vermək üçün çox təsirli və əhəmiyyətli addımlar atdı:

"Başqa ölkələrdə pandemiya dövründə ən müxtəlif sahələrdə tənəzzül əlamətləri qeydə alındığı, total şəkildə geriləmə olduğu halda Azərbaycanda pandemiyanın ziyanları özünü məhdud miqyasda göstərdi və üstəlik bir çox sahələrdə gələcək inkişaf üçün müəyyən fundamentlər yarada bildi. Bir tərəfdən pandemiyanın tüğyan etməsinin qarşısı alındı, lokallaşdırıldı, digər tərəfdən isə sosial-iqtisadi mahiyyətli ən müxtəlif tədbirlər həyata keçirildi, əhalinin rifahına yönəlmiş və iki il bundan əvvəl həyata keçirilməyə başlanmış sosial paketlərə əlavə olaraq yeni rifah paketləri həyata keçirildi. Eyni zamanda, iqtisadi fəallığın tənəzzül həddinə qədər düşməsinin qarşısını alan müəyyən addımlar atıldı. İş adamlarına dəstək, bəzi sektorların fəaliyyətinin bərpa olunması müəyyən addımların atılması, maliyyə dəstəyinin verilməsi və s. bu qəbildəndir. Bir sözlə Azərbaycan həm ölkə daxilində öz siyasətini təkmilləşdirdi, yeni-yeni xəstəxanalar yaratdı, labarotoriyalar qurdu, testlərin sayını dünyanın inkişaf etmiş dövlətləri iə müqayisədə bizim üçün qürur mənbəyi sayıla biləcək həddə çatdırdı, eyni zamanda öz daxilində qapanıb qalmadı və pandemiya ilə mübarizəyə bu gün dünya miqyasında real dəstək vermək üçün çox təsirli və əhəmiyyətli addımlar atdı".

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsi zamanı Ermənistan hakimiyyəti barəsində dedikləri Avropa dövlətlərinin liderləri üçün yeni bir hərəkət motivi olmalıdır:

"Faktdır ki, dünyanın pandemiyaya qarşı mübarizədə fəaliyyətinin və səylərinin əlaqələndirilməsində Azərbaycan Prezidentinin rolu böyükdür və danılmazdır. Artıq dünya BMT miqyasında məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə yeni bir böyük, qlobla layihənin həyata keçirilməsi üzərində iş aparır. Bir sözlə, Azərbaycan pandemiya dövründə öz siyasətini təkmilləşdirməyi bacardığını cənab Prezidentin bu müsahibəsində biz aydın gördük. Ermənistanın hərbi xunta və diktatura siyasətinin mahiyyətinin ifşa olunmasında Prezidentin dediklərinin xüsusi böyük əhəmiyyəti var. Çünki həqiqətən bütün dünya gördü və bir daha eşitdi ki, özgənin torpaqlarını işğal edən, məscidləri bağladan, məscidləri dağıdan, etnik təmizləmə aparan, başqalarının torpaqlarına qəsbkar niyyətinə bir an da olsun fasilə verməyən dövlətdən heç vaxt demokratik ölkə olmaz. Prezident 1998-ci ildən indiyə qədər Ermənistanda siyasi rejimlərin inkişaf anotomiyasının çox klassik ifadəsini verdi. Əvvəlcə, 1998-ci ildən indiyə qədər hərbi kriminal-xunta rejimi, onu isə 2018-ci ildən başlayaraq artq diktatura rejimi əvəz etməyə başlayıb. Bütün bunlar Ermənistanın dünyanda təcavüzkar imcinin daha da möhkəmləndirilməsində böyük rol oynayacaq. Bundan başqa, erməni lobbisinin Avropada fəaliyyətinin əslində korrupsiya fəaliyyəti olduğu ilə bağlı cənab Prezidentin xatırlatması düşünürəm ki, Avropa dövlətlərinin liderləri üçün yeni bir hərəkət motivi olacaq və olmalıdır. Çünki bu həm də onların özlərinin nüfuz və reytinq məsələsidir. Və nəhayət Minsk qrupunun fəaliyyətinin tamamilə mənasız bir məcra aldığı barədə Prezident İlham Əliyevin fikrilərinin də çox təsirli olacağını düşünürəm. Bunlar reallıqdır və ilk dəfə olaraq Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün hərbi yola baş vurmasına əsas yaradan beynəlxalq hüquq normalarına açıq müraciət etməsi fikirimcə çox maraqlı faktdır və bu, dünya qüvvələrinə daha bir mesajdır ki, Azərbaycanın kompromislər imkanı artıq tükənib və bu Azərbaycanın son həddidir.

Mənbə: news.milli.az