Pənah Hüseynin Nəciməddin Sadıqovu tərifləməsi etiraza səbəb oldu - Reaksiya

Pənah Hüseynin Nəciməddin Sadıqovu tərifləməsi etiraza səbəb oldu - Reaksiya


“Qiyamçı polkovnik” Surət Hüseynovun Meydan TV-yə müsahibəsi bir sıra müzakirələrə səbəb olub.
Sabiq baş nazir Pənah Hüseynin isə bu müsahibəyə münasibəti Azərbaycanın Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyevin iradına səbəb olub.
Gununsesi.org sabiq komandanın bu barədə qeydlərini təqdim edir:
Xural TV -də hörmətli keçmiş Baş Nazir Pənah Hüseyov Sürət Hüsynovun yalamlarına cavah verərkən Nəcməddin Sadıqovu 1992-93 cü il fəaliyyətinə görə tərifləyib. Hörmətli Pənah Hüseyova bəzi həqiqətləri xatırlamağı özümə borc bilirəm
1. Nəcməddin Sadıqovun komandiri olduğu 103 sayı h/ hissənin ümumi şəxsi heyyəti 150 nəfərdən çox olmayıb. Bununların da bir qismi Nəcməddin Sadlqivun şəxsi mühafizəsi kimi fəaliyyət göstərib.
2. Tərtər – Ağdərə istiqamətində döyüşən qüvvələrin heç biri Nəcməddin Sadıqovun tabeliyində olmayıb. Döyüş uğurlarını qazaban qüvvələr aşağıdakılardır;
a. Tərtər batalyonu
b. Qurtuluş batalyonu
c. Qazax batalyonu
d. OMON
s.Sürət Hüseyova bağlı qüvvələr
e.DQ-ın əvvəlcə alayı, sonra briqadası
Bunlardan başqa döyüşlərə çəlb olunmuş Ağcabədi batalyonu , Xanlar batalyonu və .s
Onu da əlavə edirəm ki, N. Sadıqov heç zaman döyüş əməliyyat planı hazırlamayıb, əmrlərə imzasını qoymayıb. Ən böyük qəhrəmanlığı da , taktiki baxımdan məqbul hesab edilməyən “ kəşfiyyat döyüşləri” aparmaqla Azərbaycanlıları mənasız qırğına vermək olub. Onun cinayətlərinin araşdırılması üçün prokurorluğa rəsmi müraciətim olub. Amma baxılmayıb .
Hörmətli Pənah bəy, Ağdərənin və digər ərazilərin azad edilməsində Nəcməddin Sadıqovun əməyi yoxdur. Amma, diqqərlə araşdırsanız , onun “ xidmətlərinin” izlərini Ağdərənin təkrar işğalında, Kəlbəcərin işğalında, Laçının azad edilməsi əməliyyatının nəticəsizliyində görə bilərsiniz.
Gununsesi.org

Mənbə: www.dia.az