Fəratın şərqində ABŞ-ın nəzarətində olan bölgədə işğala qarşı etiraz aksiyaları keçirilib

Fəratın şərqində ABŞ-ın nəzarətində olan bölgədə işğala qarşı etiraz aksiyaları keçirilib

... Əhali ABŞ-dan və “Suriya Demokratik Qüvvələri”ndən (kürd bölmələri) bölgəni tərk etməyi tələb edib

Son həftələrdə Suriyada Fəratın şərqində ABŞ-ın və onun dəstəklədiyi separatçı kürd bölmələrinin nəzarətindəki bölgələrdə işğala qarşı aksiyalar həyata keçirilib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, son həftə Həsəka əyalətinin bir sıra qəsəbə və kəndləri ABŞ-ın və separatçı kürd bölmələrinin bölgədə yerləşməsinə qarşı etiraz aksiyalarının şahidi olub.

Son aksiya ötən gün Həsəka əyalətinin Turtub kəndi ərazisində keçirilib.

Əhali ABŞ-dan və “Suriya Demokratik Qüvvələri”ndən (kürd bölmələri) bölgəni tərk etməyi tələb edib.

Eyni zamanda bölgə qəbilələri bəyanat yayaraq, SDQ-ni ABŞ-ın planlarını həyata keçirməməyə, Suriyaya qarşı tətbiq edilən “Sezar Qanunu” sanksiyaları əleyhinə təpki göstərməyə çağırıb.

Mənbə: www.interaztv.com