Bir-birinin ardınca sirli partlayışlar: İranda nə baş verir... İSRAİL HƏRBİ KOMPLEKSİ F-35 QIRICISI İLƏ VURUB?

İran hakimiyyəti İsfahan əyalətində yerləşən Natanz nüvə kompleksində iyulun 2-də baş vermiş partlayışın nəticələrinin təxmin edildiyindən daha ciddi olduğunu təsdiqləyib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, İranın atom enerjisi üzrə təşkilatının rəsmi nümayndəsi Bəhruz Kamalvəndi parlayış və yanğın nəticəsində zərər görən binanın bərpa edilməyəcəyini, sökülərək yenisinin tikiləcəyini açıqlayıb.

B.Kamalvəndi insident nəticəsində kompleksdə tələfat olmadığını bildirib. O, partlayış və yanğın baş vermiş binada nüvə materiallarının olmadığını deyib. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də həmin binada nüvə materiallarının olmadığını təsdiqləyir.

İran hakimiyyəti hələlik Natanz nüvə mərkəzində baş vermiş partlayışın və yanğının səbəblərini açıqlamır. Bununla belə İran hakim dairələrindəki mənbə “Reuters”ə bildirib ki, yanğının səbəbinin kiberhücum olması istisna edilmir. Dövlət xəbər gentliyi İRNA isə insidentin arxasında İrana düşmən qüvvələrin dayandığı təxmin edilir.

Xatırladaq ki, bundan əvvəl “The New York Times” qəzeti İranın nüvə mərkəzində baş vermiş partayışın İsrailin diversiyasının nəticəsi olduğunu yazıb. Qəzet bu barədə Yaxın Şərq dövlətlərindən birinin kəşfiyyatına istinadən bildirib. Bildirilir ki, obyektdə partlayıcı qurğu işə düşüb. Nəticədə nüvə kompleksinin sentrifuqlaların işə salınmazdan əvvəl kalibrləndiyi bina tamamilə dağılıb, partlayış dalğası binanın nəhəng dəmir qapısını yerindən çıxarıb.

Bu arada İranda daha bir sirli partlayışın baş verdiyi üzə çıxıb. Natanaz nüvə mərkəzində baş vermiş partayışdan bir neçə gün əvvəl Parçin hərbi kompleksində də partlayış baş verib. Bu mərkəzdə İran ballistik raktlər və digər yeni silahlar işləyib hazırlayır.

Sosial şəbəkələrdə həmin partlayışlara görə məsuliyyəti “Vətənin pələngləri” adlı qruplaşmanın üzərinə götürdüyü haqda məlumat yayılıb. Qruplaşmanın adından yayılan məlumatda deyilir ki, onlar hökumətin və güc strukturlarının içərisində fəaliyyət göstərirlər. Məqsədləri isə indiki rejimi devirməkdir. Hərçənd belə qruplaşmanın mövcudluğunu təsdiqləmək imkanları yoxdur.

Küveytin “al-Jarida” qəzeti isə xəbər verir ki, Parçin hərbi kompleksində və Natanz nüvə mərkəzində baş vermiş partayışların arxasında İsrail dayanır. Qəzet kəşfiyyat xidmətlərinin yüksək rütbəli əməkdaşına istinad edir, amma hansı ölkənin kəşfiyyatından söhbət getdiyini açıqlamır. İddia edilir ki, Parçin hərbi kompleksinə Israilin F-35 qırıcısı hücum edib, Natanzda isə “Mossad”ın diversiya qrupu partlayış törədib. Bu zaman müasir kiber-müharibə vasitələrindən istifadə olunub. Hücumun hədəfi nəzarət qaz qurğuları olub.

Qəzet onu da yazır ki, partlayışın nəticəsində Natanz nüvə reaktorunun divarlarında çatlar meydana çıxıb. Bildirilir ki, hər iki hücumun hədəfi İranın UF6 (geksaflüorid uran) ehtiyatları olub. Bu qaz, uranın həm hərbi, həm mülki məqsədlər üçün zənginləşdirilməsində istifadə edilən mühüm komponentdir. Hücumun nəticəsi olaraq İran UF6 qazının ehtiyatlarının 80 faizini itirib ki, bunun da nəticəsində uranı zənginləşdirmək imkanları kəskin azalıb. Ehtimal edilir ki, hücum nəticəsində İranın uranı zənginləşdirmək proqramı ortamüddətli dövr üçün geri düşüb.

Xatırladaq ki, bir neçə il əvvəl İsrailin İranın Natanz nüvə mərkəzinə “Stuxnet” virusu ilə həyata keçirdiyi kiberhücumun nəticəsində sentrifuqların əksəriyyəti sıradan çıxmışdı. Belə ki, virus sentrifuqaların hədsiz yüksək sürətlə fırlanmasını “əmr” edib, proses nəzarətdən çıxıb və 1000-ə yaxın sentrifuqa sıradan çıxıb. Nəticədə İranın uranı zənginləşdirmək proqramı bir neçə ilə geri düşüb. Ötən il isə “Mossad” İranın nüvə arxivini oğurlayıb İsrailə aparmışdı.

Bu arada beynəlxalq KİV-lər İranda daha bir müəmmalı partlayış haqda xəbər verir. Məlumata görə Tehrandan cənubda, Beqarşəhrdə İnqilab Keşikçiləri Korpusuna məxsus olan neft emalı zzavodunda güclü partlayış baş verib, nəticədə azı 2 işçi həlak olub. Əvvəlcə partlayışın İranın nüvə proqramına aid olan obyektdə baş verdiyi bildirilsə də daha sonra bu məlumat təkzib olunub.

 

 

F.Məmmədov

Virtualaz.org

 

 

 

 

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Prezident: “Heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik” (VİDEO)

SONRAKI XƏBƏR

“İnzibati xəta törətmiş adamların görüntüsünü yaymaq şəxsi həyata müdaxilədir”