"İranın Natanz AES-də baş verən partlayışa görə İsrail məsuliyyət daşıyır" - Aviqdor Liberman

İsrail Evimiz Partiyasının lideri Aviqdor Liberman təhlükəsizlik xidmətindən vəzifə tutan şəxsə istinadən keçən həftənin cümə axşamı İranın Natanz nüvə obyektində baş verən partlayışa görə İsrailin məsuliyyət daşıdığını deyib.

Avropa.info xəbər verir ki, Liberman İsrail Ordusu Radiosuna verdiyi açıqlamada baş nazir Binyamin Netanyahu haqda istintaqa başlamağa çağırıb.

"New York Times" qəzeti isə adının açıqlanmasını istəməyən mənbəyə istinadən Natanz AESS-də başverən partlayışa görə İsrailin məsuliyyət daşıdığını deyib. Kəşfiyyat rəsmisi qəzetə "Tel-Əviv partlayışa görə məsuliyyət daşıyır, lakin digər məsələlərlə heç bir əlaqəsi yoxdur" deyib.

İran Milli Təhlükəsizlik Şurasının rəsmisi Keyvan Hüsrəvi dünən verdiyi bəyanatda AES-də baş verən insidentin müəyyən edildiyini, lakin təhlükəsizlik məqsədilə lazımi vaxtda açıqlama veriləcəyini deyib. O, baş verən partlayışda insan itkisinin olmadığını, ancaq çox böyük maddi xəsarətin olduğunu bildirib.

Qeyd edək ki, Atom Energetikası Agentliyinin nəzarət etdiyi Natanz AES-nin tikintisi 2000-ci ildə başlayıb. 2010-cu ildə bu AES-də uran 20%-dək zənginləşdirilib.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

“İnzibati xəta törətmiş adamların görüntüsünü yaymaq şəxsi həyata müdaxilədir”

SONRAKI XƏBƏR

Karantin rejiminin pozulmaması üçün daha hansı tədbirlər görülsün – deputatlardan açıqlama