Akademik Covid-19-un qayıdacağı vaxt və karantinin gərəksizliyindən danışdı

Akademik Covid-19-un qayıdacağı vaxt və karantinin gərəksizliyindən danışdı

 

Koronavirus infeksiyası payızda geri dönəcək, lakin bu, Rusiya vətəndaşları üçün yeni məhdudiyyətlərə səbəb olmamalıdır.

Qaynarinfo xəbər verir ki, bu sölzəri Dövlət Dumasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, "Rospotrebnadzor”un keçmiş rəhbəri Gennadi Onişenko deyib.

Millət vəkilinin sözlərinə görə, payıza qədər ölkədə əhalinin böyük bir təbəqəsinin immuniteti olacaq, yayda isə ultrabənövşəyi öz rolunu oynayacaq, bədənin müqaviməti soyuq havalarda olduğundan daha yüksək olacaq". Bunlarla əlaqədar olaraq, Onişenko pandemiyanın yenidən başlanmasına hazırlıq görməyə çağırış edib.

"COVID-19-un qışda görünməsi ehtimalı var", - "Rospotrebnadzor”un keçmiş rəhbəri bildirib.

Onun fikrincə, hətta koronavirusun geri qaytdığı halda ölkə hakimiyyəti qətiyyən "hər şeyi əvvəlki kimi tamamilə qadağan etmək, insanların işləməsinə, hərəkət etməsinə icazə verməmək yolunu tutmaq hüququna sahib deyil". Millət vəkili həm iqtisadi itkiləri, həm də pensiyaçılar üçün özünü təcrid etməkdə çətinlik çəkdiyini xatırladıb. O qeyd edib ki, aparılan tədqiqatlar "özünü təcrid edən insanların 30%-ə qədərinin əqli cəhətdən müvazinətini itirmək ərəfəsində olduğunu" göstərib.

"Xüsusilə yaşlı əhalinin ən dərin özünütəcriddən nə əldə etdiklərimizi ciddi bir elmi əsasda araşdırmaq lazımdır. Onlar qapalı məkanlarda qalmağa məhkum olunmuşdular”.

Həkim hazırda rusların dezinfeksiya ilə yanaşı maska rejiminə də riayət etməməsinə diqqət çəkib

Mənbə: qaynarinfo.az