Erməni politoloq: “Hakimiyyət Rusiya ilə hansı münasibətlərə sahib olmaq lazım olduğunu başa düşmür”

Erməni politoloq: “Hakimiyyət Rusiya ilə hansı münasibətlərə sahib olmaq lazım olduğunu başa düşmür”

“Qaçılmazıdır: Ermənistanda koronavirusun yayılmasını araşdıran komissiya yaradılacaq. Bu gün Ermənistanda pandemiya əleyhinə proses sadəcə uğursuz olub. 1 milyon əhalinin payına düşən virus daşıyıcılarının sayına görə dünyada 9-cu yerdəyik”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Politekonomia” mərkəzinin eksperti, erməni politoloq Yervand Bozoyan deyib.

Bozoyan qeyd edib ki, Ermənistan hakimiyyəti idarəetmə telini itirib.

Ermənistanda inkişaf edən anti-rus əhval ruhiyyələrinə toxunarkən erməni politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə hansı münasibətlərə sahib olmaq lazım olduğunu başa düşmür.
 

 

Mənbə: ordu.az