Azərbaycanın strateji nöqtələrini vurma təhdidinə ermənilərin qənimindən CAVAB...

Azərbaycanın strateji nöqtələrini vurma təhdidinə ermənilərin qənimindən  CAVAB...

Azərbaycan bütün parametrlərinə görə düşmən Ermənistandan öndədir. Xüsusi ilə, Azərbaycan ordusunun döyüş qabiliyyəti və potensialı müqayisəedilməz səviyyədədir. Hər ötən gün bizləri Qarabağa yaxınlaşdırır. Dövlətimizin bütün potensialı həmin günü yaxınlaşdırmağa səfərbər edilib. Hər ötən gün Ermənilər üçün vahimənin daha da yaxınlaşdırdığını bildirir. Odur ki, işğalçı ordunun generalları daxili auditoriyaya hesablanmış açıqlamalar verməklə, öz vətəndaşlarını arxayn salmaq istəyir. Erməni ordusunun Mingəçevir SES – ni, Bakı – Tiblisi – Ceyhan neft kəmərini, Səngəçal neft terminalını və digər qlobal əhəmiyyətli infrasturuktur lahiyələrini vurmaqla hədələməsi Erməni ictimai şurunun Erməni ordusunun məğlubedilməzliyinə yönəltməsindən başqa bir şey deyil. Ermənilər hələ də birinci Qarabağ savaşının eyforiyası altındadır.

Amma 4 günlük Aprel döyüşləri “Erməni mifini” əməlli – başlı sarsıtdı. 28 il əvvəlki Azərbaycan ordusunu müasir, yenilməz ordumuzla müqayisə etmək belə mümkün deyl. Hətta o zamanlar belə, ordumuz savaş meydanlarında öz sözünü deyib.

Könüllülərdən təşkli edlimiş, heç bir maddi – texniki təhcizatı olmayan, çox ciddi düşmənin müharibəyə tam hazır olan ordusuna qarşı vuruşan o zamanki Azərbaycan ordusunun yeganə üstünlüyü onun vətənpərvərliyi idi. Həmin dövrdə əldə olunan hərbi uğurlar lazımi müzakirə obyektinə çevrilməyib. Başçılıq etdiyim kiçik xüsusi – təyinatlı dəstə yalnız könüllülərdən ibarət idi. Ümumiyyətlə, kəşviyyat elə bir sahədir ki, orada ancaq könüllülər xidmət etməlidir. Vətənpərvərliklə yüksək döyüş qabiliyyətinin vəhdəti burada tamamlanır. Elə bir döyüş əməliyyatı, döyüş tapşırığı olmadı ki, öhdəsindən gələ bilməyək. Yalnız atıcı silahlarla, və bir də vətənpərvərlik ideyaları ilə silahlanmış kiçik dəstə qeyri – adi hərbi uğurlara imza atdı.

Biz bunu o zamanlarda bacardıq. Söz yox ki, müasir dünya orduları sırasında Azərbaycan ordusu və onun xüsusi təyinatları ön sıralardadır. Torpaqların işğaldan azad edilməsi zamanı Azərbaycan ordusunun bütün bölmələrinin peşəkarlığına və qarşıya qoyulacaq tapşırıqları ləyaqətlə yerinə yetirəcəyinə bütün varlığımla inanıram.

O ki qaldı Ermənilərin uzaq mənzilli raketlərlə Azərbaycanın cəbhə xəttindən xeyli uzaqda yerləşən obiyektlərinin vurulması barədə sərsəm ideyalarına, bunun hazırlığı çoxdan görülüb. Azərbaycan səması ən azı ikiqat müdafiə sistemi ilə qorunur. Bundan başqa, düşmənin lovğalandığı həmin uzaqmənzilli raketləri, yüksək texnologiyaya malik ordumuz tərəfindən yerindəcə məhv ediləcək və ya xüsusi-təyinatlılarımız bu işi görməyə qadirdir.

Mənbə: moderator.az