Naxçıvanda yoluxma qeydə alınmayıb: 0,0%

Naxçıvanda yoluxma qeydə alınmayıb: 0,0%

 

TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən, bəzi bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakı və eləcə də Abşeron rayonunda isə artım müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə də bölgələrdə ən çox yoluxma halı Gəncə-Qazaxda müşahidə olunsa da, rəqəmlərdə azalma gözə çarpır. Belə ki, yoluxma faizi 9,4-dən 8,4-ə düşüb.

Digər regionlara nəzər saldıqda isə Aran bölgəsində 7,5%(azalma), Lənkəranda 5,8%(azalma), Quba-Xaçmazda 1,6%(azalma), Şəki-Zaqatalada 1,4%(eyni), Dağlıq Şirvanda 1,2%(azalma), Yuxarı Qarabağda 1,1%(azalma) yoluxma faktı müəyyən olunub.

Naxçıvanda isə yoluxma faktı qeydə alınmayıb: 0,0%

Aktiv halların ərazi üzrə bölgüsünə nəzər saldıqda görərik ki, Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncə 3%, Cəlilabad 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% yoluxma faktı müəyyən edilir.

Hazırda Oğuz, Xızı, Ucar, Daşkəsən, Yardımlı və Zərdab rayonları epidemioloji vəziyyətin qənaətbəxş hesab olunduğu bölgələrdir. Yoluxma halı 4-7 arasında dəyişir.

Salyan, Astara, Biləsuvar, Ağcabədi, Neftçala, İsmayıllı rayonları üzrə aktiv xəstə sayında artım müşahidə edilir. Bu bölgələrin “narıncı” zonaya keçməməsi üçün müvafiq epidemioloji nəzarət tədbirləri görülür.

Son günlərdə yüksək yoluxma sürəti müşahidə edilmiş Şəki rayonu isə artıq narıncı zonaya daxildir.

Günel Hacı

Mənbə: qafqazinfo.az