Rusiya FTX: Safronov NATO-nun xüsusi xidmətlərindən birinə işləməkdə şübhəli bilinir

Rusiya FTX: Safronov NATO-nun xüsusi xidmətlərindən birinə işləməkdə şübhəli bilinir

 

Rusiyanın Federal Kosmik Agentliyinin ("Roskosmos") baş direktorunun müşaviri İvan Safronov NATO-nun xüsusi xidmətlərindən birinə işləməkdə şübhəli bilinir.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İ. Safronov NATO-nun xüsusi xidmətlərin birinin tapşırığı ilə Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq, müdafiə və təhlükəsizlik üzrə dövlət sirri daşıyan məlumatları toplayıb həmin qurumun nümayəndəsinə ötürüb.

Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu gün "Roskosmos"un baş direktorunun informasiya siyasəti üzrə müşaviri, vaxtı ilə "Kommersant" və "Vedemosti" qəzetlərində jurnalist kimi çalışmış 1990-cı il təvəllüdlü İ. Safronov saxlanılıb.

Mənbə: apa.az