Şimali Koreya ABŞ-la danışıqlardan imtina etdi

Şimali Koreya ABŞ-la danışıqlardan imtina etdi

Şimali Koreya ABŞ-la danışıqlardan imtina edib.

Moderator.az-ın məlumatına görə, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ məsələri üzrə sözçüsü Hvon Çon Hın açıqlayıb. O, Şimali Koreya ilə ABŞ arasında sammitin keçiriləcəyi haqda xəbərləri şayiə adlandırıb.

Yerli mediaya açıqlamasında bu mövzunun artıq Şimali Koreya üçün bitdiyini bildirən Çon Hın deyib:

"Bizə heç vaxt təzyiq, yaxud təkid etmək olmaz. Biz mövqeyimizi ötən dəfə açıq bəyan etmişik. Yenə deyirik: bizim danışıqlar masasında oturmaq fikrimiz yoxdur".

Xatırladaq ki, Şimali Koreya rəhbəri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında ilk rəsmi görüş 2018-ci ildə Sinqapurda baş tutmuşdu. İki ölkə liderlərinin iştirakı ilə planlaşdırılan Vyetnam görüşü 2019-cu ildə təxirə salınsa da, elə həmin ilin iyununda ABŞ prezidenti Koreya lideri ilə görüşə bilmişdilər.

Görüş Şimali Koreya ilə Cənubi Koreya sərhədləri arasındakı neytral ərazidə olmuşdu. ABŞ tərəfi növbəti sammitə ümid etdiyini bildirsə də, Şimali Koreyanın daha danışıqları davam etdirmək fikrində olmadığı görünür.

Bəzi Amerika və Qərb KİV-ləri ABŞ-Şimali Koreya danışıqlarının iflasa uğramasını Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya liderinə təsiri ilə əlaqələndirir.

 

 

Mənbə: moderator.az