Koronavirusa inanmayan prezident təcili özünü təcrid edib

Koronavirusa inanmayan prezident təcili özünü təcrid edib

Braziliya prezidenti Jair Bolsonaru özündə Kovid-19 infeksiyasının ilkin simptomlarını hiss etdiyindən təcili bütün görüşlərini təxirə salıb.

Moderator.az-ın məlumatına görə, Jair Bolsonaru baş verənlər haqda belə deyib: "Qızdırmam düşmürdü, hərarətim 38 dərəcəyə qalxmışdı".

Prezident təcili özünü təcrid edib və koronavirus testindən keçib. Testin cavabı hələ bilinmir.

Xatırladaq ki, az öncə braziliyalı məşhur həkim, professor Elder Nakaya ölkə prezidenti Bolsonarunu koronavirusa inanmadığına və bunu açıq söylədiyinə görə tənqid etmişdi.

Koronavirusa yoluxanların sayına görə Braziliya dünyada ikinci yeri tutur. Bu ölkədə koronavirusa yoluxanların sayı 1 milyon nəfərdən çoxdur. 65 mindən çox xəstə isə Kovid-19-dan vəfat edib.

 

 

Mənbə: moderator.az