Gürcüstan Ermənistanla sərhədi açmayacaq: Hansı əsaslandırma təqdim olunur?

Gürcüstan Ermənistanla sərhədi açmayacaq: Hansı əsaslandırma təqdim olunur?

Nə qədər ki, Ermənistanda fövqəladə vəziyyət rejimi fəaliyyət göstərir Gürcüstan hakimiyyəti Ermənistanla sərhədi açmaq niyyətində deyil. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazır.

Nəşr qeyd edir ki, Gürcüstan müxalifəti qonşularla sərhədləri açmağı tələb edir, bu, Gürcüstan biznesinə xüsusən yay turizm dövründə pul qazanmağa imkan verəcək.

Lakin Gürcüstan hakimiyyəti buna qarşıdır, əsaslandırma kimi məsələn, Ermənistanda fövqəladə vəziyyət rejiminin mövcudluğunu təqdim edirlər.

 

Mənbə: ordu.az