"Qeyrət" partiyasının yaradılmasından 115 il ötdü-Tarixə baxış

"Qeyrət" partiyasının yaradılmasından 115 il ötdü-Tarixə baxış

115 il əvvəl, 1905-ci ilin yayında, Şimali Azərbaycanda ilk milli siyasi təşkilat – "Qeyrət" partiyası yaradıldı. Rusiya imperiyasında birinci inqilabın baş verdiyi və Cənubi Qafqazda erməni millətçilərinin azərbaycanlıların qırğınlarını keçirdiyi bir dövrdə meydana çıxan bu siyasi qüvvənin faəliyyət mərkəzi Gəncə idi. Partiya özəkləri həmçinin Şuşa və Bakıda fəaliyyət göstərirdi.

"Qeyrət"in qurucuları və rəhbərləri sırasında görkəmli ictimai-siyasi xadimlər Ələkbər bəy Rəfibəyli, Ələkbər bəy Xasməmmədov, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli idi. Bu təşkilat ilk olaraq Azərbaycana muxtariyyətin verilməsi və Rusiyanın federativ şəkildə qurulması tələblərini ifadə etdi.

Gəncədə "Qeyrət" adlı qrup şaklində yaradılan təşkilat böyük nüfuza malik idi. Qrup həmçnin Şuşada da müəyyən nüfuza malik idi. Sənədlərə əsasən belə nəticəyə gəlmək olar ki, məhz bu qrup 1905-ci ilin yayında Gəncədə (Yelizavetpolda) formalaşan ilk milli siyasi qurum olan "Qeyrət" partiyasının əsasını qoyub. Bu partiyada müxtəlif təbəqələr təmsil olunub, partiya rəhbərləri isə yuxarı təbəqənin nümayəndələri olub. Onların sırasında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov bəzi mənbələrə görə, türk ədəmi mərkəziyyət partiyasının başçısı Nəsib bəy Yusifbəyli də var idi. "Qeyrət" partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.
"Qeyrət"in üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Həlilov və b. əhali arasında federalizm ideyalarını yaymaqla yanaşı, sosial-demokrat və digər partiya nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası savaşa son qoymaq çağırışı ilə iştirak edirdilər. "Qeyrət" partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər.

Mənbə: sonxeber.az