Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələri və “Xalq Komitələri” (husilər) Səudiyyə Ərəbistanında hakim ailəyə məxsus sarayları vuracaqlarını və buna görə bu ölkə vətəndaşlarını saraylardan uzaq durmağa çağırıblar.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələri və “Xalq Komitələri” (husilər) bəyanat verib.

Bu qüvvələrin sözçüsü briqada generalı Yəhya Səri bu gün əl-Məsira telekanalına verdiyi açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarını hakim ailəyə məxsus saraylardan uzaq durmağı istəyib.

Bildirilib ki, bundan sonra bu obyektlər də hədəfdə olacaq.

Husilərin bu sözçüsü bildirib ki, Səudiyyə Ərəbistanında mülki şəxslərə xəsarət yetirən onların PUA və raketləri deyil, Səudiyyə Ərəbistanın özünün havadan müdafiə raketləridir.

“Sizin Yəmənə qarşı müharibəniz və iqtisadi savaş açmanız və bunun acı nəticələrinin alovları öz yürinizdə sizə çatacaq”, deyə husilər xəbərdarlıq ediblər.

Mənbə: www.interaztv.com