SABİQ DEPUTATIN İDMANÇI OĞLU DA XİN-də İŞƏ GÖTÜRÜLÜB - Vitse-konsul imiş

SABİQ DEPUTATIN İDMANÇI OĞLU DA XİN-də İŞƏ GÖTÜRÜLÜB - Vitse-konsul imiş

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, keçmiş deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov da Xarici İşlər Nazirliyində diplomat kimi işə götürülüb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "facebook" səhifəsində məlumat verib.

"Baxın, Xarici İşlər Nazirliyində kimləri diplomat kimi işə götürüblər. Diplomatiyadan tamamilə xəbərsiz, məsələn bahalı avtomobillər həvəskarı olan bir idmançını...K1 üzrə Avropa çempionu, K1-in Azərbaycanda nümayəndəsi Elnur Məmmədov Ukraynada vitse-konsul imiş."- deyə məlumatda qeyd edib.

Mənbə: azpolitika.info