"Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib"

"Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib"

“Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizədə nümunəvi hesab etdiyi Azərbaycan tərəfindən həmçinin könüllü beynəlxalq ianələr ayrılıb, 30-dan artıq dövlətə humanitar yardımlar edilib”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

PA rəsmisi 150 ölkənin kredit üçün müraciət etdiyi şəraitdə Azərbaycanın dayanıqlı iqtisadiyyatı sayəsində buna ehtiyacı olmadığı bildirib.

O həmçinin Azərbaycanın qlobal liderlik nümayiş etdirərək nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli görüşlərinin təşəbbüskarı kimi çıxış etdiyini qeyd edib.

Mənbə: moderator.az