“Qamış evlərdə yaşayırdıq, Sizin qayğınız sayəsində...” – Məcburi köçkün Ramil Xudayarov Prezidentə yazdı...

“Qamış evlərdə yaşayırdıq, Sizin qayğınız sayəsində...” – Məcburi köçkün Ramil Xudayarov Prezidentə yazdı...

“Mənim ailəm 1992-ci ildə doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 28 il Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışdır. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəm də valideynlərimin mənə danışdığı təssürrratlar beynimdə dərin iz salmışdır. Məcburi köçkün olaraq həmişə Sizin diqqət və qayğınızın şahidi olmuşam. Bu məktubu ünvanlamaqda məqsədim ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir... 2019-cu ilin sonunda Ağcabədi rayonunun “Taxta körpü” ərazisində Laçın rayonunun Şeylanlı kəndinin əhalisi üçün salınmış 144 saylı qəsəbədə ailəmiz evlə təmin olunub. Ailəmizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Sizə uzun ömür və cansağlığı arzu edirəm”.

Bunu Ağcabədi rayonunda məskunlaşmış Laçın rayonundan məcburi köçkünXudayarov Ramil Famil oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com