Əməkdar jurnalist Mahir Məmmədli Prezidentə nə yazdı...

Əməkdar jurnalist Mahir Məmmədli Prezidentə nə yazdı...

Bakının Yasamal rayonundan Əməkdar jurnalist Məmmədli Mahir Rafət oğlu Prezident İlham Əliyevə müraciət edib.

“Bütün dünya, o cümlədən, Azərbaycan üçün koronavirus pandemiyasının yaratdığı problemlər fonunda "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamınız Sizin kütləvi informasiya vasitələrinə və jurnalistlərə nə qədər böyük önəm verdiyinizin sübutu oldu. Dünyada pandemiya başlayandan hər bir Azərbaycan vətəndaşı - sahibkarlar, muzdlu işçilər, işsizlər, aztəminatlı ailələr Sizin vətəndaşa diqqətinizi hiss etdi, insanlarımızın sağlamlığı naminə dövlətin böyük vəsait ayırdığını gördü. Biz jurnalistlər xüsusi karantin rejimində də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməklə fəaliyyətimizi davam etdiririk, ölkə əhalisini dolğun və ən əsası doğru xəbərlərlə təmin etməyə çalışırıq. Bilirik ki, dövlətimizə, onun rəhbərliyinə qarşı məkrini həyata keçirmək üçün pusquda dayanan, bizi sevməyən xarici dairələrdən maliyyələşən qüvvələr var və əsl jurnalistlər meydanı onlara buraxmamalıdırlar.... Ölkə olaraq koronavirusla mübarizə apardığımız bir vaxtda milli mətbuatımızın 145 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamağınız jurnalistləri heç vaxt unutmadığınızın, "mənim köməkçilərim" adlandırdığınız bizə daim diqqət göstərdiyinizin isbatıdır. Mən bu diqqətin sevincini həm də xüsusi olaraq yaşamış biriyəm və Sizin Sərəncamınızla "Əməkdar jurnalist" fəxri adı almağımla fəxr edirəm” - deyə tanınmış jurnalist müraciətində bildirir.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com