Avstraliya artilleriya qüvvələrini gücləndirməyi planlaşdırır

Avstraliya artilleriya qüvvələrini gücləndirməyi planlaşdırır

Avstraliya öz silahlı qüvvələrinin imkanlarını yeni artilleriya sistemləri, özüyeriyən haubitsalar və raket atıcı artilleriya sistemləri ilə gücləndirəcək. Ordu.az xəbər verir ki, bu barədə yeni yayımlanan Avstraliya Müdafiə Sturukturu Planında qeyd olunub.

Avstraliya ordusu mövcud quru imkanlarını tamamlamaq üçün özüyeriyən haubitsalardan ibarət artilleriya sistemləri əldə etməyi planlaşdırır.

Bundan başqa uzun mənzilli raket artilleriyasının, zirehli maşınların, əsas döyüş tanklarının da alınması və modernləşdirilməsi nəzərdə tutulub.

Hal-hazırda, Avstraliya Müdafiə Qüvvələrinin artilleriya gücü 54 ədəd 155mm-lik M777A2 haubitsalarından 185 ədəd 81mm-lik F2 minaatanlarından ibarətdir.

Mənbə: ordu.az