Xanım deputatdan şok: “Altı il əvvəl Putinə...”

Xanım deputatdan şok: “Altı il əvvəl Putinə...”

Ukraynanın sabiq prezidenti Petro Poroşenko telekanallardan birincdə canlı yayımda hakim “Xalqın Xidmətçisi” partiyasının deputatı İrina Vereşukla mübahisə edib.

Teleqraf.com xəbər verir ki, xanım deputat keçmiş prezidentə Rusiya lideri Vladimir Putini 6 il əvvəl Rusiya Günü münasibətilə təbrik etdiyini xatırladıb.

Bundan sonra Poroşenko Vereşukdan bir neçə dəfə düzgün eşitdiyini soruşub və ona müsbət cavab verilib. Fasilə zamanı Poroşenko Vereşukun yanında gedib və yalan danışdığını söyləyib. İrina Vereşuk ona cavab olaraq, Ukraynanın “24” kanalının xəbərini göstərib.

Məlumatda Dmitri Peskovun Putinin Ukrayna prezidenti tərəfindən təbrikini xatırladıb. Buna baxmayaraq, Poroşenko bu məlumatların həqiqətə uyğun olmadığını söyləyib və Vereşuku Rusiyanı təbliğ etməkdə günahlandırıb.

Efirdə səsləndirilən fikirlərə Ukrayna siyasətçiləri və sosial şəbəkə istifadəçiləri tərəfindən sərt reaksiya göstərilib.

Mənbə: teleqraf.com