Üzərində Putin və Trampın imzaları olan beysbol topu satışa çıxarılıb

Üzərində Putin və Trampın imzaları olan beysbol topu satışa çıxarılıb

Bakı. Trend:

Üzərində Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın imzaları olan beysbol topu satışa çıxarılıb.

Trend-in məlumatına görə, top adı çəkilməyən rusiyalı məmura məxsusdur.

Qeyd olunur ki, topa əvvəlcə V.Putin imza atıb. Bu il martın 2-də isə Şimali Karolinada mitinq zamanı D.Tramp beysbol topunu imzalayıb.

Topun ilkin satış qiyməti 54 min dollar məbləğində təyin olunub.

Mənbə: az.trend.az