Zaqatalalılar da pandemiya əleyhinə qabaqlayıcı tədbirlərə dəyər verdilər... Prezidentə məktub...

Zaqatalalılar da pandemiya əleyhinə qabaqlayıcı tədbirlərə dəyər verdilər... Prezidentə məktub...

“Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətlər, qisa müddət ərzində çox sayda laboratoriyaların, modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketlərin həyata keçirilməsi sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar yüksək səviyyədə atılır. Koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz bütün bu qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, tezliklə bu çətin günlər arxada qalacaq, xalqımız bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcək”.

Bu sözləri Zaqatala şəhərindən Əsədov Turan Nəsir oğlu Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edib.

Mənbə: www.baki-xeber.com