"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

"Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

Bunu Sonxeber.z-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollarından danışarkən Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri müavini, Qarabağ müharibəsinin veteranı Məhərrəm İsmayılov deyib.

ATƏT-nin Minsk qrupunun fəaliyyətini uğursuz kimi qiymətləndirən müharibə veteranı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması mümkün olmadığı təqdirdə, münaqişə yalnız müharibə yolu ilə həll olunacaq. Onun fikrincə, başqa formada torpaqlarımızı azad edə bilmərik:

“Tarix boyu müharibə yolu ilə alınan torpaqlar diplomatik yolla qaytarılmayıb. Erməni kimi millət haqqında isə ümumiyyətlə sülhdən danışmaq olmaz. 30 ilə yaxındır ki, Amerika, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-nin Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərmir. Əksinə, fəaliyyətsizliyi ilə elə bir qurumun olmadığını göstərirlər. Onlar erməni lobbisinin tərəfini saxlamaqla, ədalətsiz davranır və beynəlxalq hüquq normalarını pozurlar. Bizə yalnız qardaş dövlət olan Türkiyə və Pakistan ən böyük dəstək göstərir.

Bir vacib məsələni də qeyd edim: ehtiyatda olan polkovnik Şair Ramaldanovu yaxşı tanıyıram. Döyüşlərdə bir yerdə olmasaq da əsl döyüşkən komandir olduğunu bilirəm və Vətənə bağlılığından irəli gələrək etdiyi bütün çıxışları izləyirəm. Mən Şair müəllimin fikirlərinə qoşuluram, biz torpaqlarımızı güc yolu ilə azad etməyə tamamilə hazırıq. Bu gün hansısa ehtiyatda olan zabit münaqişənin həllini sülh danışıqlarında görürsə, deməli o, döyüş vaxtı Rəhim Qazıyevin yanında oturubmuş. Döyüş görmüş insanlar Xocalı soyqırımını, bir milyondan artıq qaçqınını və məcburi köçkününü unutmaz. Mən münaqişənin həllini yalnız müharibədə görürəm və bu mövzuda Şair müəllimlə həmfikirəm”.

M. İsmayılov vurğulayıb ki, Aprel döyüşləri, torpaq üçün hamımızın - analarımızın da, bacılarımızın da ayağa qalxa biləcəyini göstərdi: “Bu gün dövlət büdcəsində 50 milyard varsa, bir o qədər pul da cəmiyyətin imkanlı üzvlərindədir. Əminəm ki, müharibə başlanarsa, hər bir azərbaycanlı son qəpiyinə kimi verməyə hazırdır ki, ön cəbhədə çətinlik olmasın, nəyəsə ehtiyac qalmasın”.

“Prezidentimizin, Ali Baş Komandamızın siyasəti düzgün istiqamətdədir. Prezident xalqın onu dəstəkləməsini istəyir. Onsuz da cəmiyyət həmişə onunladır, ancaq təəssüf ki, bəzi qüvvələr bu münasibəti dəyişmək istəyirlər. Ona görə Prezident islahatlar aparır, onun verdiyi fərmanları icra etməyənləri cəzalandırır. Mən inanıram ki, torpaqlarımız Prezident İlham Əliyevin hakimiyyətin dövründə alınacaq”, - deyə veteran bildirib.

Mənbə: big.az