"Koronavirusa qarşı kollektiv toxunulmazlıq mümkün deyil" – Pandemiya daha bir ümidə son qoydu...

"Koronavirusa qarşı kollektiv toxunulmazlıq mümkün deyil" – Pandemiya daha bir ümidə son qoydu...

"Koronavirusa qarşıkollektiv toxunulmazlıq yoxdur".

Moderator.az xəbər verirki, bu açıqlama ilə məşhur tibb jurnalı “Lancet” çıxış edib. Ispaniyada bu yöndəaparılan araşdırmaların nəticəsini təqdim edən jurnal bildirib ki, ispanların95%-i hələ də koronavirus riski altındadır. Buna səbəb cəmi hər 20 nəfərdən 1-dəkoronavirusa qarşı antikorun olması gerçəyidir. Bu səbəbdən də jurnalkoronavirusa qarşı kollektiv toxunulmazlıq fərziyyəsinin əlçatmaz olduğunubildirib.

Jurnalda koronavirusaantikorları olan şəxslərin belə yenidən xəstələnməsinin mümkünlüyü sualına qəti bir cavabın olmadığını vurğulanıb.

Xatırladaq ki, son bir neçəaydır ki, tibbi-elmi dairələrdə koronavirusa qarşı kollektiv toxunulmazlığınmümkün olub-olmadığı ilə bağlı müzakirələr keçirilir. Alimlərin bir qismi bununmümkün olduğuna inansa da, əksər mütəxəssislər tərəfindən bu ehtimal qəti şəkildəistisna edilməkdədir. Hansı ki, “Lancet”ın bu açıqlaması koronavirusa qarşıkollektiv toxunulmazlığın mümkünlüyü ilə bağlı ümidlərə son qoyub

Mənbə: moderator.az