Rəsmən qərar verildi - ABŞ ÜST-lə əlaqələri kəsir

Rəsmən qərar verildi -  ABŞ ÜST-lə əlaqələri kəsir

ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə senator Bob Menendes deyib.

“Bu, amerikalıların həyatını və (onların - Red) maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator “Twitter” səhifəsində yazıb.

Senator Trampın hərəkətlərini “xaotik və uyğunsuz” adlandırıb.

Mənbə: teleqraf.com