Mustafa Şəntop yenidən Türkiyə parlamentinin sədri seçildi

Türkiyə Böyük Millət Məclisinin sədri məlum olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mustafa Şəntop yenidən parlamentin sədri seçilib. O, üçüncü turda 328 səs toplayaraq sədr olub.

Sədrlik uğrunda CHP-nin Ankaradan millət vəkili Haluk Koç, HDP-nin İstanbuldan millət vəkili Erol Katırcıoğlu, İYİ partiyanın Qaziantepdən millət vəkili İmam Hüseyn Filiz və Türkiyə Fəhlə Partiyasının (TİP) rəhbəri və İstanbuldan millət vəkili Erkan Baş mübarizə aparırdı.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Masallıda quldurluq yolu ilə evə daxil olublar - Pul və telefon oğurlayıblar

SONRAKI XƏBƏR

Çerışeva: Avropanın Sputnik Estoniya-ya münasibətdə susqun mövqeyi cinayətdir