Rusiya və Çin BMT TŞ-nin Suriyaya yardımın Türkiyə ilə çatdırılmasına dair qətnaməsinə veto qoyub

Rusiya və Çin BMT TŞ-nin Suriyaya yardımın Türkiyə ilə çatdırılmasına dair qətnaməsinə veto qoyub

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriyaya humanitar yardımın birbaşa Türkiyə sərhədindən çatdırılmasının genişləndirilməsi ilə bağlı qətnamə layihəsinə veto qoyub.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatdakı mənbə xəbər verib.

“Rusiya və Çin sənədin əleyhinə, Şuranın 13 üzvü isə lehinə səs verib. Qətnamə layihəsi TŞ-nin daimi üzvlərinin “əleyhinə” səs verməsi səbəbindən qəbul edilməyib”, - deyə mənbə agentliyə bildirib.

Qətnamənin müəllifləri – Almaniya və Belçika – Suriyaya yardımın Dəməşqdən yan keçməklə çatdırıldığı məntəqələrin sayının tədricən azaldılmasının tərəfdarı olan Rusiyanın mövqeyini dinləməyiblər.

Mənbə: apa.az