“KXDR ABŞ-la danışıq aparmaqdan qəti imtina edib” – XİN

“KXDR ABŞ-la danışıq aparmaqdan qəti imtina edib” – XİN

Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatları (ABŞ) ilə danışıq aparmağa hazırlaşmır və bu məsələdə əvvələr seçdiyi mövqedə qalacaq.

Belə bəyanatla KXDR Xarici İşlər Nazirliyinin (XİN) ABŞ-la iş üzrə departamentinin başçısı Kvon Çjon Qın çıxış edib. Bu barədə Koreya Mərkəzi teleqraf agentliyi (KMTA) xəbər verib.

«Yenidən birmənalı şəkildə bəyan edirik ki, ABŞ-la bir danışıq masası arxasında oturmaq fikrində deyilik» - diplomat bildirib.

O, sözlərini Seula ünvanlayıb. Belə ki, oradan hər zaman danışıqlar üzrə vasitəçi şərtlərinin dəyişmədiyi barədə yüksək səslər eşidilir.

AzPolitika.info

Mənbə: azpolitika.info