Rus deputatdan Türkiyəyə: Erməni patriarxın dediyi kimi...

Rus deputatdan Türkiyəyə: Erməni patriarxın dediyi kimi...

Aya Sofyanın statusu ilə bağlı müzakirələrin yenidən qızışdırılması islam və ortadoksallıqdan uzaq qüvvələrin maraqlarına xidmət edir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Sergey Qavrilov deyib.

Deputat Türkiyə tərəfinin tarixi abidənin statusunu dəyişdirməyəcəyinə ümid etdiyini bildirib:

“Buranı bütün inananlar ziyarət etməlidir. Türkiyədə erməni patriarxın təklif etdiyi kimi, burada müxtəlif dinlərin mənsublarına ibadət etmək imkanı yaradıla bilər. Aya Sofyanın muzey olaraq qalması qədim məzhəblər, xalqlar və mədəniyyətlər arasında əlaqələri daha da gücləndirəcək”.

Mənbə: axar.az