"Hizbullah" rəsmisi Livan hökumətinə çağırış etdi

"Hizbullah" rəsmisi Livan hökumətinə çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının Baş katibinin müavini Şeyx Naim Qasim ölkəsində baş verən nümayişlərə yenidən münasibət bildirib.

O, vurğulayıb ki, Livandakı iqtisadi böhrana görə ABŞ hökuməti məsuliyyət daşıyır.

"Onlar ölkə iqtisadiyyatını çökdürdülər. Beynəlxalq Valyuta Fondu burada əsas vasitəçi rolunu oynadı", - deyə Şeyx Naim Qasim diqqətə çatdırıb.

Şeyx Naim Qasim böhranın həlli üçün Livan hökumətinin də cəsarətli olmasını qeyd edib.

Mənbə: AlManar

Mənbə: eastnews.org