Yaponlar dünyanın 191 ölkəsinə vizasız gedə bilirlər

Yaponlar dünyanın 191 ölkəsinə vizasız gedə bilirlər

“Hanley Passport Index”nə görə, 191 ölkəyə vizasız daxil ola bilən Yaponiya pasportu dünyanın ən güclü pasportudur.

Yenisabah.az xəbər verir ki, Ajans Press tərəfindən vizasız ölkələrə daxil ola bilmə xüsusiyyətinə görə pasportların siyası tərtib edilib. Siyahıda ikinci yeri Sinqapur, üçüncü yeri isə Almaniya və Cənubi Koreya pasportları tutur. 111 ölkəyə vizasız girə bildiyinə görə Türkiyə pasportu siyahıda 55-ci sırada dayanır.

Qeyd edək ki, cədvəldə 109 ölkə yer alıb, sonuncu sırada 26 ölkəyə vizasız girə bilən Əfqanıstan pasportu olub.

Mənbə: yenisabah.az