İranlı deputat Nətənz zavodunda baş verən yanğına görə MAGATE müfəttişlərini günahlandırıb

İranlı deputat Nətənz zavodunda baş verən yanğına görə MAGATE müfəttişlərini günahlandırıb

O iddia edib ki, Nətənz nüvə təsisatında baş vermiş partlayış da həmin müfəttişlərin topladığı kəşfiyyat materialları nəticəsində Qərbin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib.
"Nətənzin hadisə baş verən hissəsində MAGATE müfəttişləri 6 dəfə olublar. Bu provakasiya onların İsrailin xeyrinə casusluq edib topladıqları materiallar vasitəsilə həyata keçirilmiş ola bilər. Biz provakasiyanın MAGATE müfəttişlərinin davamlı olaraq bölgəyə gəlməsindən formalaşdığına inanırıq", - deyə deputat əlavə edib.
İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan Cavad Kərimi Qüdüsi iddiaları ilə bağlı heç bir sübut göstərməyib.
2 gün əvvəl İran parlamentinin spikeri Məhəmmədbağır Qalibaf da MAGATE-ni casusluqda ittiham etmişdi.

Mənbə: davam.az