Cənubi Qafqazda geosiyasi situasiyanın yaxın prespektivdə gərginləşməsi gözlənilir

Cənubi Qafqazda geosiyasi situasiyanın yaxın prespektivdə gərginləşməsi gözlənilir

 “Cənubi Qafqazda geosiyasi situasiyanın yaxın prespektivdə gərginləşməsi gözlənilir. Çünki, Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Rusiyanın bu ölkəyə göndərdiyi silahlar sülh imkanlarını tükədir. Aparılan danışıqlarda müsbət nəticənin hasil olmaması, məhz Yerevan-Moskva tandeminin ortaya qoyduğu mövqedir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, artıq, Azərbaycan və Ermənistan arasında rabitə xətti də mənasızdır:

“Bu rabitə xətti Ermənistana lazımdır ki, atəşkəs qorunsun. Məhz Minsk qrupunun həmsdərləri də bu xəttin işlək olmasında maraqlıdır. Azərbaycan belə bir rabitə xəttinə son verməldir. Çünki, Azərbaycan buna razılıq verəndə müsbət dinamika gözləyirdi. Amma, Yerevan əksinə hərəkət etdi. Baş nazir Nikol Paşinyan qeyri-konusturiktiv təkliflər irəli sürdü”.

Politoloq bildirib ki, Rusiyanın Ermənistana təsirinin güclü olmasından dolayı bu danışıqları Ermənistanla aparmaq mənasızdır:

“Nikol Paşinyan ölkəsində nə Rusiyanın, nə də ona bağlı olan siyasi qrupların təsirini zəiflədə bilir. Ona görə də Minsk qrupu formatında aparılan danışıqlar imitasiyadır. Tərəflər arasında xalqların sülhə hazırlanması və "Hamının -Hamıya" prinsipi üzrə əsirlərin dəyişdirilməsinin Yerevan tərəfindən qəbul edilməməsi, prosesin gərginləşməsinə aparır”.

Məhəmməd Əsədullazadə bildirib ki, dövlət başçısı İlham Əliyev də Qarabağ danışıqlarından narazı olduğunu, xarici işlər nazirlərinin məlum videodanışıqlarını səmərəsiz olduğunu vurğuladı:

“Prezident mövqeyində haqlıdır və reallıqları qeyd etməklə, bir növ hərbi ritorikaya üstünlük veriləcəyi mesajını verdi. Aprel döyüşlərini xatırlamaqla buna eyham vurdu. Prezidentin bu çıxışından belə qənaət hasil oldu ki, bundan sonrakı danışıqlarda müsbət nəticə gözlənilmir. Proses elə vəziyyətə gəlib ki, rəsmi Bakı danışıqlardan imtina etmək qərarına gələ bilər. Görünür, Rusiya ciddi şəkildə Qarabağ konfliktinin həllinə mümkün qədər imkan vermir. Birbaşa Azərbaycan və Ermənistan arasında aparılan danışıqları sabotaj etməklə, Yerevanın qarşısını alır. İki il bundan əvvəl prezident İlham Əliyev və Nikol Paşinyan arasında Düşənbədə əldə olunan razılıq Rusiyanın iştirakı olmadan reallaşmışdı. Kreml birbaşa Yerevan-Bakı arasında danışıqları pozdu”.

Politoloq hesab edir ki, hazırkı mərhələ Moskvadan idarə olunur:

“Rusiya prezidenti V. Putinin prezidentliyi dönəmində vasitəçi kimi Kreml, Qarabağ danışıqlarının beynəlxalq hüquq normaları çərçivəsində həllinə imkan verməyəcək. Azərbaycan yalnız güc yolu ilə nəticəni dəyişə bilər. Rəsmi Bakının atdığı addımlar bu istiqamətdə olmalıdır”.

Mənbə: newscenter.az