Misir parlamenti Təhlükəsizlik Şurası və ordu ilə bağlı mühüm qanunlar qəbul edib

Misir parlamenti Təhlükəsizlik Şurası və ordu ilə bağlı mühüm qanunlar qəbul edib

Qahirə, 8 iyul, AZƏRTAC

Misir parlamenti ölkənin Milli Təhlükəsizlik Şurası və Silahlı qüvvələrlə bağlı mühüm qanun layihələrini səs çoxluğu ilə qəbul edib.

AZƏRTAC parlamentin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, yeni qanuna görə, onlar ölkə Konstitusiyasına, milli təhlükəsizliyə, ərazi bütövlüyünə, respublika üsul-idarəsinə və milli birliyə ciddi təhlükə yarandığında dövlət başçısının sədrliyi ilə toplanaraq təcili qərarlar qəbul edəcəklər. Bu müşavirədə yeni yaradılacaq və avqustun 9-da seçkilər keçiriləcək Senatın sədri də iştirak edəcək. Qərarlar sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslərin sayı bərabər olduqda isə, həlledici qərarı Prezident verəcək.

Digər qanun Silahlı Qüvvələrin xidmət müddəti keçən və ehtiyatda olan zabitlərinin prezident, parlament və yerli seçkilərdə iştirakını qadağan edir. İstisnalar isə yalnız Milli Təhlükəsizlik Şurası və Silahlı Qüvvələrin xüsusi qərarı ilə mümkün ola bilər. Bundan başqa, hər bir qubernatorluqda Müdafiə nazirinin təyin edəcəyi hərbi müşavir vəzifələri yaradılır.

Mənbə: azertag.az