Fransanın səhiyyə üzrə baş direktoru ölkədə COVID-19-un yenidən alovlanacağı ilə bağlı xəbərdarlıq edib

Fransanın səhiyyə üzrə baş direktoru ölkədə COVID-19-un yenidən alovlanacağı ilə bağlı xəbərdarlıq edib

Paris, 8 iyul, AZƏRTAC

Hələ də yayılan koronavirusun mövsümi davranışı haqqında hər şeyi bilmirik. Bütün dövlət xidmətləri, mütəxəssislər, yerlərdəki aidiyyəti şəxslər payız və ya qışda epidemiyanın yenidən alovlanmasının qarşısını almaq üçün səfərbər olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon deyib.

“Hazırlaşmalıyıq”, - deyən baş direktor COVID-19 epidemiyasının yenidən baş qaldıracağı, hətta ikinci dalğanın başlaya biləcəyini deyib və vəziyyətin hələ də ciddi olduğunu bildirib. O, epidemiyanın yenidən başlanmasını şərtləndirən əsas amilin insanların davranışı olduğunu vurğulayıb. Bildirib ki, bunun qarşısını almaq istəyiriksə hər kəs gigiyena qaydalarına riayət etməli, fiziki məsafə saxlamamalı və maska taxmalıdır. Bu qaydalara insanların bir-birinə yaxın olduğu və qapalı məkanlarda xüsusi diqqət yetirilməlidir.

Mənbə: azertag.az