Putin KQB məktəbini keçib, Nikolun planlarını bilir...

Putin KQB məktəbini keçib, Nikolun planlarını bilir...

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hakimiyyətindən ən azı neytral münasibət almaq üçün yollar axtarmağa davam edir. Paşinyan üçün Ermənistan üzərində böyük iqtisadi və siyasi təsiretmə gücünə malik olan rəsmi Moskvanın onun hökumətinə laqeyd qalmaması və ya düşmən olmaması çox vacibdir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Politik.am nəşri yazır.

Nəşrin fikrincə, Paşinyan hədəfinə çatmaq üçün effekti olmayan təhlükəli bir yol seçib. Şantaj vasitəsi ilə Kremllə münasibətləri normallaşdırmağa üstünlük verir.

“Paşinyan Moskvanı inandırmağa çalışır ki, Qafqazda yeganə dayağı olan Ermənistanda güclü anti-Rusiya dalğası qaldıra bilər. Bu anonslar çoxdan yaranmışdı və indi konkret tədbirlər görülür” deyə erməni saytı yazır.

Nəşr onu da vurğulayır ki, şantajla yanaşı, Ermənistanın baş naziri Rusiya hakimiyyətini, xüsusən də siyasi proseslər vasitəsi ilə ona məhəl qoymayan prezident Putini qorxutmağa çalışır.

“Məqsəd Rusiya hakimiyyətinə Ermənistanda güclü anti-Rusiya siyasi birliyinin olduğunu göstərməkdir. Ancaq Paşinyan bir vacib detalı nəzərə almır: hazırkı Rusiya prezidenti KQB məktəbini keçib. Bu, o deməkdir ki, şantaj və hədə-qorxu ilə onunla razılaşmaq olmaz. Bu fonda ən azından Paşinyanın başlatdığı informasiya şantajı gülüncdür. Bu nəinki mövcud hakimiyyətə kömək edəcək, əksinə, Ermənistanı məhv edə bilər” deyə erməni nəşri qeyd edir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az