BMT rəsmisi Qasim Süleymaninin öldürülməsini beynəlxalq hüquqa zidd adlandırdı

BMT rəsmisi Qasim Süleymaninin öldürülməsini beynəlxalq hüquqa zidd adlandırdı

Eastnews.org-un verdiyi xəbərə görə, BMT-nin xüsusi nümayəndəsi Aqnes Kalamar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadalarının sabiq komandanı, general-mayor Qasim Süleymaninin cinayəti ilə bağlı danışıb.

O, açıqlamasında bildirib ki, ABŞ-ın həyata keçirdiyi bu cinayət beynəlxalq qanunlara ziddir.

"Bu məsələ ətraflı şəkildə araşdırılmalıdır. Bu məsələnin dünya miqyasında rezonans doğurduğunu unutmamalıyıq", - deyə Aqnes Kalamar diqqətə çatdırıb.

BMT rəsmisi qeyd edib ki, dövlətlərin hərbçilərinə qarşı sui-qəsdlər daima ciddi və müzakirəli mövzu olub.

Mənbə: welayet.com

Mənbə: eastnews.org