Rusiyada vətəndaşlıq almaq sadələşdirildi - Federasiya Şurası qanunu təsdiqlədi

Rusiyada vətəndaşlıq almaq sadələşdirildi - Federasiya Şurası qanunu təsdiqlədi

Rusiya Federasiyasının Federasiya Şurası Rusiya vətəndaşlığını almağın sadələşdirilməsi haqqında qanunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, Federasiya Şurası bu gün keçirilən plenar iclasında övladlarında Rusiya pasportu olan və 18 yaşına çatmış bütün əcnəbilər tərəfindən Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması, habelə Rusiya vətəndaşlığını alan əcnəbilər üçün məcburi barmaq izi qeydiyyatı haqqında qanunu təsdiqləyib.

Federasiya Şurası Konstitusiya Qanunvericilik və Dövlət Quruculuğu Komitəsi sədrinin birinci müavini Vladimir Poletayevin sözlərinə görə, qanun Rusiyada yaşayan hər hansı bir xarici vətəndaş üçün yaşayış müddətinə baxmadan asanlıqla Rusiya vətəndaşlığını əldə etmək imkanını müəyyənləşdirir.

Mənbə: konkret.az