"Liviyada atəşkəs üçün Türkiyə ilə birgə çalışırıq" – Lavrov

"Liviyada atəşkəs üçün Türkiyə ilə birgə çalışırıq" – Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Liviyada təcili atəşkəsin əldə olunması üçün Türkiyə ilə birgə çalışdıqlarını deyib.

Avropa.info xəbər verir ki, Sergey Lavrov "Türk həmkarlarımız ilə Rusiya və Türkiyə dövlət başçılarının razılığını almış dialoq çərçivəsində Liviyada təcili atəş elan olunmasına şərait yaradacaq maraqlar çərçivəsində razılaşma əldə etməyə və fəaliyyət göstərməyə davam edirik. Tərəflərin hər birinə verdiyimiz siqnal açıqdır. Atılması lazım olan ilk və alternativsiz addım hərbi fəaliyyətlərin tamamilə dayandırılmasının elan edilməsidir. Türk həmkarlarımız da Milli Həmrəylik Hökuməti ilə bu istiqamətdə işləyir. Ümid edirəm ki, mövcud şərtlərdə tək doğru nəticə əldə olunar" deyib.

Mənbə: avropa.info