Britaniya Səudiyyəyə silah ixracına qoyulan qadağanı ləğv edir

Britaniya Səudiyyəyə silah ixracına qoyulan qadağanı ləğv edir

 

Britaniya 30 ildən çoxdur ki, Səudiyyə Ərəbistanının “Tornado” və “Typhoon” döyüş təyyarələrini, həmçinin “Hawk” reaktiv təlim təyyarələri alması sayəsində dünyanın ən böyük müdafiə avadanlığı ixracatçılarından birinə çevrilib. Qismən Britaniyada inşa edilmiş “Raytheon Paveway IV” dəqiq idarə olunan bomba da Səudiyyə Ərəbistanına son zamanlarda edilən əhəmiyyətli satışlar sırasındadır. Səudiyyə Ərəbistanı Yəməni ələ keçirməyə çalışan “Husi” qiyamçlarına qarşı uzun müddət davam edən qanlı müharibədə Yaxın Şərq dövlətlərinin bir koalisiyasına rəhbərlik edir.

Britaniya məhkəməsi 2019-cu ildə Səudiyyə ordusu tərəfindən beynəlxalq humanitar qanunlarının pozulmasına, xüsusi olaraq mülki hədəflərə hava hücumları edilməsinə görə silah ixracına qadağa qoyub.

ABŞ-ın Ticarət naziri Liz Truss qadağanın ləvğ ediləcəyini bildirib.

“Beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilən hadisələr müxtəlif vaxtlarda, fərqli şəraitdə və müxtəlif səbəblərdən baş verib”, - deyə o qeyd edib.

Nazir bildirib ki, qadağa haqqında qərar qəbul edərkən nəzərə alınan bütün məlumatları təhlil edib. O, təhlillərə əsaslanaraq belə qənaətə gəlib ki, Səudiyyə Ərəbistanına ixrac ediləcək silah və hərbi texnikanın beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması üçün istifadə olunması barədə açıq bir risk yoxdur.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az